Su filtri bələdçisi

Su arıtma cihazı nədir və necə işləyir?

RO membran, karbon filtr və çən sisteminin suyu necə təmizlədiyini sadə dildə izah edirik.

Su arıtma cihazı nədir və necə işləyir?

Su arıtma cihazı evə daxil olan suyu mərhələli şəkildə təmizləyən sistemdir. Əsas məqsəd suda olan xlor qoxusunu, çöküntünü, pası, qumu, ağır dadı və bəzi həll olmuş maddələri azaltmaqdır.

Ən geniş istifadə olunan sistemlərdən biri ters osmoz, yəni RO sistemidir. Bu sistemdə əvvəlcə çöküntü filtri iri hissəcikləri saxlayır, sonra karbon filtr qoxu və dadı yumşaldır, daha sonra membran suyu incə səviyyədə süzür.

Müştəri üçün ən böyük üstünlük odur ki, hər gün marketdən su almağa ehtiyac azalır, evdə yemək, çay və gündəlik içim üçün daha stabil dadlı su əldə edilir.

Praktik məsləhətlər

  • Filtrlərin vaxtında dəyişməsi suyun dadını qoruyur.
  • Membran çıxışı dadlıdırsa, amma çəndə dad dəyişirsə, problem çox vaxt çəndədir.
  • Quraşdırmadan sonra ilk suyu mütləq axıtmaq lazımdır.

Tez-tez verilən suallar

Su arıtma cihazı suyu tam təmizləyirmi?

Sistemin növündən və filtr keyfiyyətindən asılıdır. RO sistemlər adi mexaniki filtrlərə nisbətən daha incə süzmə verir.

Bu cihaz hər evə uyğundur?

Əksər mətbəxlərə uyğundur. Əsas şərt su girişi, kran yeri və kanalizasiya çıxışının olmasıdır.