Su filtri bələdçisi

Ters osmoz (RO) sistemi nədir?

RO membranın işi, üstünlükləri və hansı hallarda lazım olduğunu izah edən məqalə.

Ters osmoz (RO) sistemi nədir?

Ters osmoz sistemi suyu membran vasitəsilə incə süzmə prinsipi ilə təmizləyir. Bu sistem içməli su üçün ən çox istifadə olunan texnologiyalardan biridir.

RO sistemdə su əvvəlcə ilkin filtrlərdən keçir, sonra membrana daxil olur. Membrandan çıxan təmiz su çənə yığılır və kran açıldıqda istifadə olunur.

Əgər suyunuzda ağır dad, sərtlik və ya çöküntü problemi varsa, RO sistem yaxşı həll ola bilər.

Praktik məsləhətlər

  • Membrandan çıxan su dadlıdırsa, sistemin əsas hissəsi işləyir.
  • Çəndən çıxan su acıdırsa, çən və post karbon yoxlanmalıdır.
  • RO sistemlərdə kanalizasiya bağlantısı olmalıdır.

Tez-tez verilən suallar

RO sistemi suyu çox israf edirmi?

Modeldən və təzyiqdən asılı olaraq tullantı su olur. Düzgün təzyiq və keyfiyyətli membran israfı azalda bilər.

RO suyu dadsız olur?

Bəzi sistemlərdə post karbon və mineral filtr dadı balanslaşdırır.